Ağır vəziyyətdə təcili tibbi yardım vasitəsilə ETMGİ-yə gətirilən hamilə qadın övladına qovuşub
25.07.2023 12:25
Ağır vəziyyətdə hamiləliyin 37-ci həftəsində təcili tibbi yardım vasitəsilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) gətirilən qadına təxirəsalınmaz yardım göstərilib. Qəbul şöbəsinə daxil olarkən arterial təzyiqi 190/100, sidikdə zülal göstəriciləri normadan yüksək olan qadın ağır preeklampsiya diaqnozu ilə təcili olaraq Əməliyyat blokuna hospitalizasiya olunub.
 
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan xəbər verilib.
 
Bildirilib ki, həkim mama-ginekoloq Aysel Bəyişova tərəfindən icra olunan qeysəriyyə kəsiyi ilə apqar şkalası üzrə 9-10 ballıq normal göstərici ilə körpə dünyaya gəlib.
 
Zahı qadına isə vəziyyəti ilə əlaqədar İnstitutun Anesteziologiya və reanimasiya şöbəsində 1 həftə şöbə müdiri Nurəngiz Əhmədova tərəfindən müalicə planı təyin olunub. HELLP sindromu, ağır dərəcəli preeklampsiya diaqnozları ilə nəzarətdə saxlanılan qadının qaraciyər fermentləri 6 dəfə normal göstəricilərdən yüksək, kreatin, bilirubin, sidikdə zülal göstəricilərinin isə həm ümumi, həm də fraksiyaları yüksək olub. Hemoinfuziya, hormonal və magnezial terapiya icra edilib, xəstə ağır vəziyyətdən çıxarılıb. Aparılan müalicələrdən sonra pasiyent özünü idarə etməyə başlayanda, orqanların funksiyaları bərpa olunandan sonra Zahılıq şöbəsinə köçürülüb. Həkim və tibbi heyətin uğurlu müalicə taktikası ilə ana körpəsi ilə birlikdə evə yola salınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub