Zaqatalada köməksiz vəziyyətdə qalaraq təxliyə olunan iki turistin vəziyyəti stabildir
25.07.2023 09:15

Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalaraq təxliyə olunan turistlərin vəziyyəti stabildir.

 

Bu barədə Aztibb.az TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, iki nəfər Bakı sakini - Əli Əlizadə və Əbdül Rzayev – uzun axtarışlardan sonra təxliyə olunub.

 

Onlara TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində zəruri tibbi xidmət göstərilib, laboratoriya, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya (damardaxili sistemdə mayenin miqdarının azalması – red.) qarşı yardım edilir.

 

Əbdül Rzayevə aşıq-baldır oynağının əziyi diaqnoz qoyulub və tibbi yardım göstərilib.

 

Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.

 

Həkim müşahidəsi altındadırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır