Mingəçevirdə “Pasiyent məktəbi” adlı maarifləndirici tədbir keçirilib
25.07.2023 09:18

AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsi tərəfindən Mingəçevir şəhərində talassemiya pasiyentləri və onların ailələri üçün “Pasiyent məktəbi” adlı maarifləndirici tədbir keçirilib.

 

Aztibb.az-a Mərkəzdən bildirilib ki, tədbir Azərbaycan Talassemiya Federasiyası və “Novartis Azerbaijan” şirkətinin dəstəyi ilə baş tutub.

 

Tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, həkim-hematoloq Nərgiz Əliyeva talassemiyanın müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Həmçinin Azərbaycan Talassemiya Federasiyasının Şəki bölgəsi üzrə nümayəndəsi Vasif Əlizadə Azərbaycan Talassemiya Federasiyasının əsas fəaliyyət istiqamətləri, habelə pasiyentlərin keyfiyyətli, əlçatan və vaxtında müalicə almaq hüququndan danışıb.

 

Maarifləndirici tədbir çərçivəsində pasiyentlər və onların ailələri talassemiyanın yaranma səbəbləri və əlamətləri, bu xəstəliyin diaqnostika və müalicə üsulları, eləcə də sümük iliyinin transplantasiyasının imkanları haqqında məlumat alıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev