Cavid Paşayev ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib
24.07.2023 13:19

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Paşayev Klinikanın direktoru vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə Anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasında assistent, 2021-2022-ci illərdə isə Bakı Sağlamlıq Mərkəzində Baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri işləyib. 2022-2023-cü illərdə  “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru Cavid Paşayev bu gün kollektivə təqdim edilib.

 

Xatırladaq ki, C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev