Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova İtaliyada master-klassda iştirak edib
23.07.2023 09:44

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.u.f.d. Mehriban Əmirova 20 iyul 2023-cü il tarixində İtaliyanın Turin şəhərində Mauriziano Hospitalin təşkilatçılığı ilə keçirilən “Ginekologiyada lazer tətbiqi” mövzusunda master-klassda iştirak edib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

İtaliyanın məşhur mərkəzlərindən biri sayılan Mauriziano Hospitalın aparıcı mütəxəssisləri tərəfindən iştirakçılar üçün master-klassda məruzələr oxunulub və canlı əməliyyatlar nümayiş etdirilib. Həmçinin ginekoligiyada istifadə olunan müasir üsullardan biri olan lazerin qadın xəstəliklərinin müalicəsində tətbiqi barədə təcrübələr bölüşülüb, bu sahənin yenilikləri, uğurları, problemləri haqqında müxtəlif çıxışlar və geniş müzakirələr aparılıb.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan mövzular ətrafında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib