TƏBİB tabeliyindəki hemodializ mərkəzlərinin fəaliyyətini qiymətləndirir
23.07.2023 08:40

Hemodializ mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və müvafiq tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in nəzdində yaradılan “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsinə dair Komissiya”nın üzvləri tərəfindən TƏBİB tabeliyində olan region hemodializ mərkəzlərinin fəaliyyətinin dəyərləndirilməsi prosesinə başlanılıb.

  

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, müvafiq fəaliyyət çərçivəsində hemodializ mərkəzlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, əhaliyə əlçatan tibbi xidmətlərin təmin edilməsi prioritet istiqamətlər olaraq seçilib.

"Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə Komissiyanın“ üzvləri olan TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli xidmətlərin təşkili şöbəsinin böyük məsləhətçisi Ceyran Abdullayeva və Kliniki Tibb Mərkəzin Nefrologiya və Hemodializ şöbəsinin müdiri Xəyalə Quluzadə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsini ziyarət ediblər.

 

Ziyarət zamanı tibb müəssisəsinin rəhbərliyi, müvafiq şöbə müdirləri və məsul tibb işçiləri ilə birlikdə hemodializ şöbəsinin ümumi fəaliyyəti, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti dəyərləndirilib.

 

Hemodializ şöbələrində işin təşkili istiqamətində müxtəlif təlimatlar verilib, tibbi personal tərəfindən ünvanlanan suallara aydınlıq gətirilib, irəli sürülən təkliflər dinlənilib. Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının təmin edilməsi istiqamətində fəaliyyətlərə dair müzakirələr aparılaraq, tibb müəssisə rəhbərlərinə və şöbə müdirlərinə zəruri tapşırıqlar və tövsiyələr verilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”