Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclası keçirilib    
20.07.2023 14:45

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, bu qurumun vitse-prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

İclasda tibb üzrə 11 və aqrar elmlər üzrə 1 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Tibb işçi qrupunun üzvü, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb üzrə, Problem şurasının sədr müavini, aqrar elmləri doktoru Mustafa Mustafayev isə aqrar elmlər üzrə dissertasiya mövzularını təqdim ediblər.

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 11 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev