Tibb üzrə fəlsəfə doktoru Teymur Əlləzov Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb
20.07.2023 11:07
Tibb üzrə fəlsəfə doktoru Teymur Əlləzov Sumqayıt Tibb Mərkəzinin (STM) 4 nömrəli Şəhər Xəstəxanasında həkim-cərrah vəzifəsinə təyinat alıb.
 
Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.
 
Qeyd olunub ki, T. Əlləzov 1960-cı ildə Gürcüstan Respublikasının Saqareco rayonunda anadan olub. 1978-1984 -cü illərdə Nəriman Nərimanov adına Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində təhsil alıb. İnternaturanı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında keçib və orada da əmək fəaliyyətinə başlayıb.
 
O, 1999-2013-cü illərdə akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində işləyib. 2013-cü ildən 2023-cü ilin iyun ayınadək Yexlax və Bərdə Rayon Mərkəzi Xəstəxanalarında həkim-cərrah vəzifəsində çalışıb.
 
Çoxsaylı elmi məqalə və tezislərin müəllifi olan T.Əlləzov həm də tibb xidməti mayoru, müharibə veteranıdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev