Transplantasiya sahəsində bir çox yeniliklərə imza atan ümumi cərrah və cərrah transplantoloq - Kamran Beydullayev
20.07.2023 12:33
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan ümumi cərrah və cərrah transplantoloq Kamran Beydullayevi təqdim edirik.
O, 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili alıb. 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib.
Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir.
Həkim 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışıb, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda poster və elmi məruzələrlə iştirak edib, 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.
Kamran həkimin bu yaxınlarda ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu 2 məqaləsi dərc olunub. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə Kamran həkim laparoskopik yolla icra edib.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

