ATU əməkdaşı Avropa Nevroloji Akademiyasının Konqresində çıxış edib  
19.07.2023 11:52

Macarıstanın Budapeşt şəhərində nevrologiya sahəsində dünyanın ən mötəbər və aparıcı qurumlarından biri olan Avropa Nevroloji Akademiyasının IX Konqresi keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə 116 ölkəni təmsil edən 6000-dən çox nevroloq, neyrofizioloq iştirak edib.

 

Konqresin sessiyaları və bir-birindən maraqlı məruzələr dünyanın 400-dən çox qabaqcıl mütəxəssisləri tərəfindən aparılıb. Müxtəlif sessiyalar zamanı nevrologiya sahəsində olan son tədqiqatların nəticələri, nevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi geniş müzakirə olunub.

 

Konqresdə ATU-nun Nevrologiya kafedrasının assistenti, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin katibi, t.ü.f.d. Şəhla Məlikova da iştirak edib. 

 

Azərbaycanlı alimin “Hamiləlik zamanı yeni yaranmış epilepsiyanın klinik xüsusiyyətləri” mövzusunda poster təqdimatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib