Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşlarına "Elektron sənəd dövriyyəsi işinin təşkili" mövzusunda təlim keçirilib
19.07.2023 10:48
İlkin səhiyyə xidmətində inzibati idarəetmə sisteminin təkmilləşdirilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması, müasir dövrün tələblərinə çatdırılması və inkişaf etdirilməsi məqsədi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzində "Elektron sənəd dövriyyəsi (ESD) işinin təşkili" ilə bağlı təlim keçirilib.
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, müəssisənin müxtəlif departament, şöbə rəhbərləri və əməkdaşlarının, həmçinin tabeli tibb müəssisələrinin nümayəndələrinin iştirak etdiyi təlimi TƏBİB-in Ümumi şöbəsinin müdiri Şəmsi Gülverdiyev aparıb.
Elektron sənəd dövriyyəsinin önəmindən bəhs edən Ş.Gülverdiyev qeyd edib ki, sənədlərin elektron qaydada dövriyyəsi günümüzün aktual tələblərindən biridir və TƏBİB bu istiqamətdə çox ciddi addımlar atıb.
Yaxın gələcəkdə bütün tabeli qurumlarda hər bir sənədləşmə və sənəd dövriyyəsi yalnız bu sistem vasitəsi ilə həyata keçiriləcək:
“Artıq uzun bir müddətdir ki, TƏBİB “Elektron sənəd dövriyyəsi”ndən istifadə edir. Bu, bizim işimizi olduqca asanlaşdıran bir sistemdir. Hazırda bu Mərkəz və onun tabeliyindəki tibb müəssisələrində də sistemin mərhələli şəkildə tədbiqinə başlanılıb. Hələ ki, BBSM-nin 6 tibb müəssisəsində elektron sənəd dövriyyəsi tətbiq edilir. Yaxın gələcəkdə bu müəssisələrin sayı artırılacaq və bu da bizə imkan verəcək ki, TƏBİB-lə Mərkəz, Mərkəzlə tabeli müəssisələri və digər qurumlar arasında sənədləşmələr daha qısa zaman kəsimində həyata keçirilsin”.
Bildirilib ki, 2022-ci ilin fevral ayından etibarən Bakı Baş Səhiyyə Mərkəzində sənəd dövriyyəsi prosesi məhz “e-gov.az” portalı vasitəsilə elektron şəkildə aparılmağa başlayıb. Bunun nəticəsində də sənədlərin qeydiyyatı, çatdırılması və sistem vasitəsilə göndərilməsi sahəsində həm operativlik təmin edilib, həm də resurslara qənaət edilib.
Nəzəri və praktiki hissələrdən ibarət olaraq keçirilən təlimdə sənədlərin aidiyyəti üzrə düzgün qəbulu, emalı, göndərilməsi zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilib, yarana biləcək məsələlərə aydınlıq gətirilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

