“Yoluxmanın artmasının əsas səbəbi son vaxtlar savaş fonunda pandemiyanın unudulmasıdır” - Professordan xəbərdarlıq
16.10.2020 09:00

Yoluxmanın artmasının əsas səbəbi son vaxtlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı savaş fonunda pandemiyanın unudulmasıdır.

 

Bunu Aztibb.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirusa yoluxanların sayında artımın olmasına münasibət bildirərkən deyib.

 

O, qeyd edib ki, insanların ruh yüksəkliyi anlaşılandır, lakin pandemiyanı da unutmaq olmaz:

 

“COVID-19 pandemiyası kimi bütün dünyanı aciz qoyan bir problemlə üz-üzəyik. Müharibə üçün arxa cəbhə var, lakin xəstəlik üçün arxa cəbhə yoxdur. Biz pandemiya ilə bağlı ciddi problemlə üzləşsək, bu, bizim ön cəbhədəki uğurlarımıza da pis təsir edəcək. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır. Vətəndaş məsuliyyəti ortaya qoyulmalıdır. Qapalı mühitdə karantin qaydalarına riayət edilməlidir”.

 

Professor pandemiyanın unudulmaması üçün televiziyaların da rolunun böyük olduğunu vurğulayıb:

 

“Son vaxtlar ümumiyyətlə pandemiya ilə bağlı televiziya ekranlarında heç bir məlumat verilmir, maarifləndirmə və təbliğat işləri aparılmır. Bu da cari vəziyyətə təsir edir”.

 

“Nəzərə almaq lazımdır ki, elan edilən rəqəmlər real vəziyyəti əks etdirmir. Əslində vəziyyət daha ciddidir. Çünki xəstələrin böyük qrupu evdə müalicə olunur və onlar qeydiyyata düşmürlər”, - Adil Qeybulla qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır