Banqladeşdə denge xəstəliyindən ölənlərin sayı artır  
20.07.2023 17:05

Banqladeşdə bu il denge virusunun səbəb olduğu qızdırma ümumilikdə 114 nəfərin həyatını itirməsinə səbəb olub.

 

Aztibb.az thefinancialexpress.com.bd-yə istinadən xəbər verir ki, hazırda ölkə üzrə xəstəxanalarda denge virusuna yoluxmuş 5 441 nəfər var. Bu il onların ümumi sayı 22 467 nəfər olub, 16 912 nəfər sağalıb.

 

Xəstəliyin yayılmasının episentri ölüm hallarının əksəriyyətinin qeydə alındığı paytaxtı Dəkkə və ona qonşu rayonlar olub. Dəkkədə artıq denge virusunun daşıyıcılarının - ağcaqanadların çoxalma mənbələrini məhv etmək üçün tədbirlər görməyən kommersiya məqsədli yaşayış məkanlarının sahiblərinə qarşı cinayət işlərinə baxıldığı məhkəmələr işə başlayıb.

 

Həkimlər Banqladeşdə xəstəliyinin yayılmasını musson yağışları mövsümünün başlaması ilə əlaqələndirirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib