"Yeni Klinika"nın direktoru və direktor müavinləri kollektivə təqdim olunublar
18.07.2023 10:11

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən "Yeni Klinika"nın direktoru Barat Yusubov və direktor müavinləri - Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunublar.

 

Aztibb.az-a bu barədə TƏBİB-dən məlumat verilib.

 

Təqdimetmə mərasimində çıxış edən Vüqar Qurbanov Barat Yusubovun, Pərvin Əkbərovun, eləcə də Eldar Əhmədovun səhiyyə sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdiklərini vurğulayıb.

 

O, yeni təyinatların "Yeni Klinika"nın müasir tələblərə daha da uyğun olaraq inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını bildirib. Qeyd edib ki, Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"da daha geniş spektrli tibbi fəaliyyət nəzərdə tutulub, qısa müddətdə burada çoxprofilli mərkəzlər yaradılaraq əhalinin istifadəsinə veriləcək.

 

İcraçı direktor TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinin, strukturun və idarəetmənin təkmilləşdirilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev