Tibb işçilərinin psixoloji konsultasiya bacarıqlarının artırılması TƏBİB-in diqqət mərkəzindədir
17.07.2023 15:16

2023-cü ildə münaqişəyə məruz qalmış bölgələrdə (Bərdə RMX, Tərtər RMX, Füzuli RMX, Ağcabədi RMX, Ağdam RMX) Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB-in əməkdaşlığı çərçivəsində tibb işçilərinin təməl psixoloji konsultasiya bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilib.

Aztibb.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

V.Qurbanov qeyd edib ki, ölkə üzrə toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb. Bakı şəhəri və 8 bölgədə bu sahədə çalışan həkim-mütəxəssislərin təlimləndirilməsi icra edilib, silsilə tədbirlər həyata keçirilib.

“Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə TƏBİB tabel itibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət müvafiq Koordinasiya Qrupu yaradılıb, rayonlarda müayinələr həyata keçirilib. Endokrinoloji xidmətə əlçatanlığın təmin edilməsi məqsədi ilə Respublika Endokrinoloji Mərkəzin tibbi heyətinin rayon mərkəzi xəstəxanalarına (Salyan RMX, Neftçala RMX, Kürdəmir RMX, Yevlax RMX, Qusar RMX, Siyəzən RMX, Ağdam, Ağcabədi RMX) xidməti ezamiyyəsi icra edilib. Ümumilikdə 50 xəstəyə (20 uşaq olmaqla) konsultativ-diaqnostik və müalicəvi yardımlar göstərilib. Endokrinopatiyaların erkən aşkarlanması məqsədi ilə skrininq müayinələr təşkil olunub: 7 ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb və sonrakı müayinə və müalicələrə cəlb ediliblər. Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb”, – deyə qurumun rəhbəri diqqətə çatdırıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır