TƏBİB cari ilin 6 ayında görülən işlərin qısa hesabatını verib
17.07.2023 14:58

Qarabağın yenidən qurulması çərçivəsində bu ilin yanvarında Ağalı kəndinə köçürüləcək 20 ailənin, 94 nəfərin 3 müəssisədə tibbi müayinəsi təşkili edilib. Apreldə Laçın şəhərinə köçürüləcək 1203 vətəndaşın ölkənin 26 tibb müəssisəsində müayinəsi icra olunub.

 

Aztibb.az-ın məlumatına görə, bunu Mətbuat Gününə həsr olunmuş tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

 

İcraçı direktor qeyd edib ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzi, Tərtər Rayon Mərkəzi Xəstəxanasının strukturunda Talış Ailə Sağlamlıq Mərkəzi yaradılıb. Bundan başqa, bir sıra tabeli tibb müəssisələrində təmir-bərpa işləri aparılıb, yeni şöbələr istifadəyə verilib. Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılışı baş tutub.

Bildirilib ki, fevral ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı olub və hazırda Şəki, Şirvan kimi bölgələrdə də belə şöbələr yaradılır.

V.Qurbanov, həmçinin Xətai Tibb Mərkəzində doğum və ginekologiya şöbələri və Nizami Tibb Mərkəzində cərrahiyyə şöbəsinin istifadəyə verildiyini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır