Naxçıvanda profilaktik dezinfeksiya işləri aparılıb
16.07.2023 08:30

Naxçıvanda insanların sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir, yaşayış məntəqələrinin sanitar-gigiyenik təmizliyi və əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, xüsusilə də yay aylarında əhali arasında yarana biləcək infeksiyaların və digər bakteroloji xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi laborator yoxlamalar və dezinfeksiya işləri aparılır.

 

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki tullantı qutuları və onların ətrafı dezinfeksiya olunub, ərazilər sanitariya qaydalarına uyğun olaraq təmizlənib.


Qeyd edək ki, muxtar respublikada epidemioloji sabitliyin qorunub saxlanılması məqsədi ilə həyata keçirilən tədbir muxtar respublikanın rayonlarında da həyata keçirilib, küçə və məhəllələrdə məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazilər dərmanlanaraq dezinfeksiya olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub