Respublika Klinik Xəstəxanasında İnfeksiyaların profilaktikası və infeksion nəzarət komitəsinin hesabatı dinlənilib
16.07.2023 09:12
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında İnfeksiyaların profilaktikası və infeksion nəzarət komitəsinin fəaliyyət hesabatına həsr olunmuş təqdimat iclası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Respublika Klinik Xəstəxanasının rəhbərliyi, həkimləri, TƏBİB-in Tibbi Xidmətlərin İnkişafı Departamentinin rəhbəri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İPİN (İnfeksiyanın Profilaktikası və İnfeksiyaya Nəzarət) Azərbaycan komandasının rəhbəri Cəvahir Süleymanova, ÜST-nin məsləhətçiləri - dosent Can Hüseyin Hekimoğlu, uzman həkim Muammer Çelik və uzman tibb bacısı Esen Batır iştirak ediblər.
 
Tədbirdə çıxış edən Respublika Klinik Xəstəxanasının baş həkimi, İPİN sədri Elmir Bəşirov komitə haqqında məlumat verib. Hesabatı Respublika Klinik Xəstəxanasının İPİN komitəsinin infeksiya üzrə məsul şəxsi Nigar Hüseynova, İPİN komitəsinin infeksiya üzrə digər məsul şəxsi Xalidə Səmədzadə, İPİN-in infeksionist həkimi Tofiq Hacıyev təqdim ediblər. Məruzələrdə xəstəxananın şöbələrində 3 ay (aprel, may, iyun) ərzində aparılan monitorinqlər nəticəsində aşkarlanan nöqsanların, çatışmazlıqların qiymətləndirilməsi və onların aradan qaldırılması yolları, görüləcək tədbirlər və fəaliyyət planı haqqında ətraflı danışılıb.
 
Sonda çıxış edən rəsmi qonaqlar hesabatı yüksək qiymətləndirərək, dövlət xəstəxanasında belə bir komitənin yaradılmasının bir ilk olduğunu vurğulayıblar. Çıxışçılar hesabat layihənin digər xəstəxanalara nümunə olacaq layihə kimi qiymətləndirərək, komitə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır