Mərkəzi Gömrük Hospitalının həkimi Avstriyada seminarda çıxış edib
13.07.2023 12:46
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Rəşad Nəsirli Avstriyanın Zalsburq şəhərində keçirilən “Anesteziologiya və intensiv terapiya” mövzusunda seminarda iştirak edib.
 
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, seminarın ikinci günü Rəşad Nəsirli “Ağır COVID-19 xəstələrinin müalicəsində EKMO tətbiqinin prinsipləri” mövzusunda təqdimatla çıxış edib.
 
O, COVID-19 pandemiyasi dövründə Mərkəzi Gömrük Hospitalının təcrübəsi bölüşülüb. İştirakçılar arasında bu mövzu maraqla qarşılanıb, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
 
Tədbirdə müasir dövrdə anesteziologiya və intensiv terapiya sahəsinin yenilikləri, uğurları, problemləri haqqında müxtəlif çıxışlar edilib. Avstriya, Amerikanın məşhur mərkəzlərinin professorları tərəfindən iştirakçılar üçün məruzələr oxunub.
 
Seminar müddətində iştirakçılar üçün müasir tibbin uğurlarından sayılan, müxtəlif koaqulapatiyaların diaqnostikasında, hədəf tipli müalicə üçün istifadə olunan viskoelastik testlər üzrə praktiki təqdimat da olub. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib