Günümüzdə şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və insultdan dünyasını dəyişir - Cabir Gülmalıyev
15.07.2023 15:20
Günümüzdə ürək xəstələrinin əksəriyyətində (70%-də) şəkərli diabetə də rast gəlinir.
 
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev Aztibb.az-a bildirib ki, şəkərli diabet - ürək xəstəliklərinin yaranması, eləcə də ağırlaşması üçün ən əsas risk faktorlarından biridir. Günümüzdə şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və insultdan dünyasını dəyişməkdədir.
 
Uzman həkimin sözlərinə görə, tip 2 şəkərli diabet xəstələrinin əsas əlillik və ölüm səbəbi ürək-damar sisteminin patologiyalarıdır (infarkt, ürək çatmamazlığı, insult). Siqaret də diabetlilərdə ürək xəstəlikləri riskini 2 dəfə artırır: "Bütün diabetlilərdə heç bir şikayət olmasa belə ürək patologiyalarının aktiv skrininqi (ilkin müayinəsi) aparılmalıdır".
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev