Ürək-damar xəstəliklərinin müasir aspektləri müzakirə edilib
12.07.2023 11:01
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Hətəmova Bakıda keçirilən “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransda iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbir Türkiyənin Bayraktar Group Sağlamlıq Turizm Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə baş tutub.
Konfransın keçirilməsində məqsəd ürək-damar problemlərinin müalicəsinin daha əlçatan və asan olmasının təmin edilməsi olub.
Tədbirdə “Ürək çatışmazlığında koronar revaskulyarizasiyanın bu günü və gələcək istiqamətləri”, “Ürək qapağı xəstəliklərinin cərrahi müalicəsi” və digər mövzular türk və yerli mütəxəssislər tərəfindən müzakirə edilib.
Ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov çıxışında səhiyyə sahəsindəki əməkdaşlığın xalqlarımızın sağlamlığına və insan kapitalının inkişafına dəstək olduğunu vurğulayıb. Bildirib ki, Bayraktar Sağlıq Turizm Şirkətinin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının ən vacib sahələrindən biri olan ürək-damar xəstəlikləri ilə mübarizədə ölkəmiz daha da böyük uğurlara nail olacaq. Azərbaycan səhiyyəsində ürək-damar xəstəlikləri sahəsində fəaliyyət göstərən həkimlərin həyata keçirdiyi işlər bu gün həm ölkəmizdə, həm də dünyada söz sahibi olacaq qədər güclüdür.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

