İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrində optik şəbəkə infrastrukturu yaradılır  
12.07.2023 10:20
Davamlı və sürətli data mübadiləsinin aparılması üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən və Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinə optik xətlər çəkilir, müasir elektron tələblərə cavab verən tam yeni infrastruktur qurulur. İlkin mərhələdə artıq 30-dan çox tibb müəssisəsində bu proses yekunlaşıb və növbəti mərhələdə 70-ə yaxın tibb müəssisəsində işlərin davam etdirilməsi nəzərdə tutulur.
 
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib.
 
Görülən bu tədbirlərin əsas məqsədi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kağız daşıyıcılar üzərində olan bütün sənədləşmə işlərinin rəqəmsallaşdırılmasıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən bu prosesin sonunda tabeli tibb müəssisələri Agentliyin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vahid bazası ilə davamlı data mübadiləsi, müəssisələrarası şəbəkə əlaqəsi və kəsintisiz internetlə tam təmin ediləcək.
 
Proses yalnız optik xətlərin çəkilməsi ilə yekunlaşmır, sonrakı mərhələdə müəssisələrin daxili şəbəkə infrastrukturu da tam yenidən qurulacaq və bu da öz növbəsində həm müəssisələrin əməkdaşlarının, həm də vətəndaşların işlərini xeyli asanlaşdıracaq.
 
Optik xətlərin çəkilməsinin digər üstün cəhətlərindən biri də asan idarəetmənin həyata keçirilməsidir. Belə ki, bütün tibb müəssisələrində optik infrastruktur qurulduqdan sonra məlumat təhlükəsizliyinin qorunması məqsədilə onların elektron sistemlərə giriş-çıxışına və eləcə də data məlumatlara nəzarətin həyata keçirilməsinə etibarlı imkan yaradılacaq.
 
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər imkan verəcək ki, ilkin səhiyyə xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və vətəndaş məmnunluğu təmin edilsin.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev