Sevda Qurbanova: "Karpal tunel sindromuna qadınlarda daha çox rast gəlinir" 
11.07.2023 10:43
Karpal tunel, insan əlinin ovucunda sümük və bağlarla əhatə olunmuş dar bir kanaldır. Median sinir deyilən karpal tuneldəki sinirə təzyiq tətbiq edilməsi, əllərdə və qollarda uyuşma, cizilti və zəiflik hallarına karpal tunel sindromu deyilir.
 
Nərimanov Tibb Mərkəzinin Nevrologiya şöbəsinin müdiri Sevda Qurbanova Aztibb.az-a bildirib ki, karpal tunel sindromu qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və xüsusən dominant əldə, əl işi görən insanlarda çox müşahidə olunur.
 
Həkimin sözlərinə görə, köklük, hamiləlik, polineyropatiya, şəkərli diabet, amiloidoz, akromeqaliya, revmatoidli artrit, hipotireoz və s. kimi hallar karpal tunel sindromuna səbəb ola bilər. Karpal tunel sindromunun kliniki simptomları Əldə olan uyuşuqluq, keyimə şəklində paresteziya və ağrı hissi ilkin şikayətlərdəndir. Uyuşuqluq adətən ilk üç barmaqda hiss edilir, lakin bütün əldə də ola bilər. Parasteziya və ağrı adətən təkrari əl hərəkətlərində artar. Xəstələr tipik olaraq gecə yarısı qeyd olunan simptomlarla yuxudan oyanar (noktural paresteziyalar).
 
Sevda Qurbanova qeyd edib ki, diaqnostikası Karpal tunel sindromu kliniki dəyərləndirildikdən sonra elektroneyromioqrafiya müayinəsi vasitəsilə diaqnozu qoyulur:
 
"Karpal tunel sindromunun müalicəsi sinir sıxılmasının ağırlıq dərəcəsinə əsasən təyin olunur. Çox xəfif sinir sıxılmasında biləyə rahat pozisiya verilməsi və biləklik kifayət edə bilər. Orta dərəcə sinir sıxılmaların əsasən konservativ müalicəyə tabe olduqları halda, ağır dərəcədə olan sinir sıxılmalarına cərrahi dekompressiya məsləhətdir".
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib