Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsi istifadəyə verilib  
07.07.2023 10:25

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nizami Tibb Mərkəzinin (Mərkəz) Cərrahiyyə şöbəsinin açılışında iştirak ediblər.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, Mərkəzin direktoru Eldar Abbasov icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən xidmətlərin çeşidliliyinin və kefiyyətinin artmasına yönəlib. Mərkəzdə istifadəyə verilən Cərrahiyyə şöbəsi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən cərrahi tibbi xidmətlərdən istifadəsinə imkan yaradacaq. 40 çarpayılıq cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub.

 

Diqqətə çatdırılıb ki, icbari tibbi sığortanın tətbiqi və xidmətlərə əlçatanlığın təmin edilməsi nəticəsində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Ötən il ərzində 9 mindən çox pasiyentə 48 mindən çox tibbi xidmət göstərilib ki, bunların 23 694-ü ambulator, 24 750-si isə stasionar xidmətlərdir. Cari il ərzində isə 18 mindən çox pasiyentə 145 mindən çox tibbi xidmət göstərilib.

 

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin prioritet hədəflərindəndir. Tibb müəssisələrində həyata keçirilən yeniliklər vətəndaşların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına yönəlib. Bu səbəbdən Agentlik xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirlərini sürətləndirib: "Təsadüfi deyil ki, Mərkəzdə açılışına qatıldığımız Cərrahiyyə şöbəsi də Agentliyin dəstəyi ilə yaradılıb. Bu şöbənin yaradılması və müasir avadanlıqlarla - portativ rentgen, narkoz (anesteziya) aparatı, defibrilyator, kardiomonitor, koaqulyator ilə təchizatı tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq. Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan ümumi cərrahiyyə, neyrocərrahiyyə, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə biləcəklər. Qeyd edim ki, ötən il dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurlar 354 mindən çox olmuşdur”.

 

Vüqar Qurbanovun sözlərinə görə, əvvəllər Nizami Tibb Mərkəzinə cərrahi xidmətlərdən istifadə etmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilirdi. Məqsəd tibb müəssisələrində əhali üçün əlverişli şərait yaratmaq və müəssisələrin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdır. Bu səbəbdən vətəndaşların zamanına qənaət edərək vaxtında keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Xəstəxanada həyata keçirilən yeniliklər əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq.

 

Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev