ÜST: Pandemiya vərəmlə mübarizəni çətinləşdirdi
15.10.2020 09:11

COVID-19 pandemiyasına qədər bir çox ölkələr vərəmlə mübarizə sahəsində öz göstəricilərini ardıcıl olaraq yaxşılaşdırmışdı. Son 4 ildə yoluxma sayı 9 faiz, ölüm nəticələrinin sayı isə 14 faiz azalmışdı. 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, keçən il 1,4 milyon insan vərəmlə bağlı xəstəliklərdən dünyasını dəyişib. Hesabat dövründə bu infeksiyaya yoluxmuş 10 milyon insanın 3 milyon halında diaqnoz ya qoyulmamış ya da səlahiyyətli orqanlara bu barədə məlumat verilməmişdir.

 

Daha təhlükəli vəziyyətdə də antibiotiklərə qarşı davamlı vərəm formasına malik xəstələrdir. Onların sayı bir il ərzində 465 min artıb və yeni yoluxmuş şəxslərdən yalnız 40 faizi müalicə alır. Vərəmin profilaktikası sahəsində də göstəricilərin azalması qeyd olunur. “Hələ də hər kəs vaxtında diaqnoz və vərəmin səmərəli müalicəsinə bərabər çıxış əldə edə bilmir, - deyə ÜST rəhbəri doktor Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha çox səy göstərmək lazımdır: “2018-2019-cu illərdə 14 milyon insan bu xəstəlikdən müalicə alırdı, bu, 2018-ci ildən 2022-ci ilədək əldə edilməsinə qərar verilən göstəricilərin üçdə biridir. Eyni müddət ərzində təqribən 6,3 milyon insan profilaktik proqramlarına çıxış əldə edib - 2022-ci ilə qədər onların sayı 30 milyona çatmalıdır.

 

Əsas problemlərdən biri maliyyələşdirmə olaraq qalır. Xüsusilə, bu il qlobal miqyasda infeksiyaya qarşı mübarizəyə 6,5 milyard dollar ayrılıb, baxmayaraq ki, dövlət başçıları tərəfindən qəbul edilmiş Vərəm üzrə Siyasi Bəyannaməyə əsasən bu məbləğ 13 milyard dollar təşkil etməli idi. Pandemiya və tibbi xidmətlərin işində onunla əlaqəli fasilələr gecikməni artırdı və xəstələnmə statistikalarını toplamaq və idarə etmək üçün maneə törətdi. Belə ki, cari ilin ilk altı ayı ərzində ən çox vərəm xəstəsi olan üç ölkədə – Hindistan, İndoneziya və Filippində keçən ilin analoji dövrü ilə müqayisədə yeni halların sayı üçdə bir qədər azalıb”.

 

ÜST xəbərdarlıq edir ki, diaqnostikadakı bu cür boşluqlar bu xəstəlikdən ölümün kəskin artmasına səbəb ola bilər. Mütəxəssislər vəziyyəti düzəltməyə yönəlmiş müxtəlif tədbirləri, o cümlədən, rəqəmsal texnologiyaların istifadəsini təklif edirlər.

 

“Ölkələr, vətəndaş cəmiyyətinin nümayəndələri və digər tərəfdaşlar həm vərəmlə, həm də COVID-19-la mübarizədə ehtiyacı olanları təmin etmək üçün pandemiya qarşısında güclərini birləşdirirlər”, - deyə ÜST-ün vərəm üzrə qlobal proqramının direktoru, doktor Tereza Kaseva bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır