Respublika Kliniki Uroloji Xəstəxanasında mülki müdafiə məşqi keçirilib
05.07.2023 09:02

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, keçirilən məşqin məqsədi, fövqəladə halların qarşısının alınması üzrə profilaktik tədbirlərin yerinə yetirilməsi, fövqəladə hallar zamanı əhali və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi üzrə idarəetmə orqanların əldə olunmuş əməli vərdişlərini və hazırlığını təkmilləşdirməkdir. Həmçinin fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza – xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi üzrə görüləcək tədbirlərin təkmilləşdirilməsidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib