Kaliforniya Universitetinin əməkdaşının Biofizika İnstitutunda elmi məruzəsi dinlənilib          
05.07.2023 11:08

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, Los Anceles şəhərindəki Kaliforniya Universitetinin (UCLA) əməkdaşı Novruz Əhmədov “ZBED4 çatışmazlığı hüceyrə morfologiyasını, PNR itirilməsi isə sayını dəyişir. Həqiqət, yoxsa uydurma?” mövzusunda məruzəsi ilə çıxış edib.

 

Açıq dialoq və maraqlı müzakirə formatında keçən seminarda məruzəçi mövzu ilə bağlı çoxsaylı misallar göstərərək elmi tədqiqatın növləri, xüsusiyyətləri, elmi-praktiki əhəmiyyəti və tərkib hissələri barədə ətraflı məlumat verib.

 

Alim qeyd edib ki, ZBED4, Zn-barmaq zülalların BED subsinfinin üzvüdür. Onun ardıcıllığında dörd DNT birləşmə domeni və dimerləşmə sahəsi vardır. İnsanın torlu qişasında ZBED4 kolbacıqların nüvə, daxili seqment və ayaqcıqlarında (pedicles), habelə, Müller hüceyrə ayaqaltında (endfeet) məskunlaşır. Yetkin siçan torlu qişasında ZBED4 yalnız Müller hüceyrələrinin ayaqaltı və çıxıntılarında (processes) aşkar edilmişdir. ZBED4 hər iki DNT VƏ RNT mənşəli və ən azı ardıcıl 5G olan oligonükleotidlərlə birləşir. Hüceyrədə dimerlər yaradır. Lusiferaza təhlil sisteminin tətbiqi göstərir ki, ZBED4 transkripsiyanı aktivləşdirmə keyfiyyətinə malikdir.

 

Məruzə dinlənildikdən sonra AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya elmləri doktoru, professor Tokay Hüseynov, biologiya elmləri üzrə fəlsəfə doktoru Taleh Yusifov, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova və digərləri çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

 

Seminarın sonunda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə Novruz Əhmədova iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib