Külli miqdarda dərman preparatlarının dövriyyəyə buraxılmasının qarşısı alınıb
03.07.2023 17:54

İran İslam Respublikasından tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən iki yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində olan dərman vasitələrinin və tibbi preparatların daşınma tələblərinə riayət olunmadığı müəyyən edilib.

 

Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, həmin nəqliyyat vasitələrinin bu növ malların daşınması üçün tələb olunan konstruktiv quruluşa malik olmaması və dərman vasitələrinin üzərində qeyd edilən saxlanma şəraiti üçün temperatur normalarının pozulması səbəbindən hər iki fakt üzrə, ümumilikdə 27 adda-1564 qutu, 4718 ədəd, 1020 flakon, 2850 tablet,7720 ampul dərman vasitəsinin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları qeyd olunan dərman vasitələrinə baxış keçirib və daşınma tələblərinin pozulması səbəbindən saxlanılmış həmin dərman vasitələri nazirliyə təhvil verilib.

 

Xatırladaq ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci bəndinə əsasən dərman vasitələrinin saxlanması və daşınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib