Komanın əsas səbəbləri nələrdir?
30.06.2023 10:06

Normal şəraitdə beyin funksiyalarında heç bir problemi olmayan şüurlu insanlar xarici stimullara kortəbii reaksiya verirlər. Lakin şüurun pisləşdiyi hallarda insanın xarici aləmi qavrayışında və xarici stimullara reaksiyasında bəzi pozulmalar baş verə bilər. Şüur pozğunluqları bir az diqqət dağınıqlığı ilə özünü göstərə bilər və ya komaya qədər bir şəkil meydana gələ bilər. Dərin yuxu da adlandırılan koma tam və mütləq şüursuzluq vəziyyətidir.

 

Aztibb.az-ın xəbərinə görə, komada olanlar səs, işıq və ağrı kimi stimullara reaksiya vermirlər. Komada olan insanlar heç bir köməyə ehtiyac duymadan nəfəs alma kimi həyati funksiyalarını davam etdirsələr də, bəzi hallarda tənəffüsün aparat köməyi ilə yerinə yetirilməsinə ehtiyac ola bilər.

 

Beyin travması, insult, beyin şişləri, şəkərli diabet, oksigen çatışmazlığı, müxtəlif infeksion xəstəliklər, qıcolmalar, zəhərli maddələrə məruz qalma kimi müxtəlif faktorlar komanın yaranmasında beyin zədələnməsinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, koma hallarının 50% -dən çoxu baş travması və ya beyində qan dövranı pozğunluqları səbəbindən baş verir.

 

Komanın əsas səbəblərini aşağıdakı kimi sıralamaq olar:

 

Beyin zədələnməsi: Ateroskleroz kimi hallarda beyinə qan axınında və buna uyğun olaraq oksigen miqdarında azalma ola bilər. Beyində bir neçə dəqiqə oksigen çatışmazlığı beyin toxumalarında hüceyrə ölümünə səbəb olur. Nəticədə koma inkişaf edə bilər.

 

Travma: Baş zədələri beyində anevrizma və beyin qanamasına səbəb ola bilər. Eyni zamanda, kəllə-beyin travması beynin ayıqlıq və şüurdan məsul olan RAS (Retikulyar Aktivləşdirmə Sistemi) bölgəsini zədələyə bilər.

 

Şəkərli diabet: Qan şəkərinin normadan yüksək olması ilə xarakterizə olunan diabet, bədəndəki bir çox sistemdə olduğu kimi beyin funksiyalarının pozulmasına və komaya səbəb ola bilər.

 

Zəhərli maddələr: Qaraciyər və böyrək kimi orqanlar bədəndə filtr rolunu oynayır. Bu orqanlarda nasazlıq yarandıqda, ammonyak və sidik cövhəri kimi orqanizm üçün zərərli olan maddələr bədəndə toplanır və bədəndən çıxarıla bilmir. Bədəndə həddindən artıq miqdarda olduqda toxuma və hüceyrələrə zərər verə bilən bu maddələr beyinə də təsir edərək komaya səbəb ola bilər. Bundan başqa bəzi dərmanlar və alkoqol kimi zərərli vərdişlər həddindən artıq miqdarda istifadə olunduqda orqanizmdə zəhərli təsirlərə səbəb olur, beyindəki neyronları zədələyir və komaya səbəb olur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub