Xalyazion nədir? Yaranma səbəbləri və müalicəsi
29.06.2023 12:28

Xalyazion göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Göz qapağının şişməsi ilə başlayır. Müayinə zamanı kiçik nödül görmək mümkündür.

 

Bu barədə Aztibb.az-a Referans Estetik Mərkəzinin peşəkar oftalmoloqu Səlahəddin Təhməzov məlumat verib.

 

Həkim bildirib ki, xalyazionun diaqnozu alətlər vasitəsilə dəqiqləşdirmə tələb etmir. Üzdən müayinə zamanı problemi müşahidə etmək mümkündür:

 

"Xalyazionun yarandığının ilkin mərhələsində müalicə etmək mümkündür. Amma ağırlaşmış formada cərrahi müdaxilə tələb edir".

 

Onun sözlərinə görə, xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

 

Səlahəddin Təhməzov qeyd edib ki, xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir – soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi və s.

 

"Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır", - deyə oftalmoloq bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub