Bizim cəfakeş həkimlər... Filosof alimin səmimi təəssüratları  
27.06.2023 09:11

Bizim xalq üçün "köhnə" məşhur misal var: "həkim növbədə Azərbaycanlı olduğunu bilən kimi təcili əməliyyat stoluna çıxarır". Bütün dövrlər, həmçinin bütün yaşlar və başlar üçün xarakterikdir. Fərq xəstəliklərdir... Mən də şüurlu surətdə səhhətimdə problemlər olduğunu bilə-bilə, vəziyyətimin getdikcə ağırlaşdığını görə-görə öz işimdə idim. Hətta daimi içməli olduğum dərmanları qəbul etmir, az yatır, yuxu əvəzinə oxuyub, yazıb "yaradırdım".  Bir tərəfdən həddən aşağı qan azlığı (48, hətta 34-ə də düşən vaxtlar olur), həddən çox şəkər (stabil 450-dən yüksək), 90-60 təzyiq və gah 110, gah 125 vuran ürək məni artıq ayaq üstündə dayanmağa, əsas da bitməyən "vacib" işlərimi görməyə qoymurdu. Bir tərəfdən də Bahar fəsli! Təbiətin güclənən dövrü. Səviyyəni tarazlaşdırmaq nədi, heç yaxınlaşdırmaq mümkün deyil. Beləcə, gözlərimin hər yanı sarı-qara gördüyü, ayaq üstdə dayana bilmədiyim günlərdən birində qəza təsadüfləri ilə yaralandığım və 3, 2-ci qrup əlil olduğum vaxtlarda çox gedib gəldiyim 44 saylı polikinikaya yolum düşdü.

 

Aztibb.az tanınmış filosof alim Xatirə Quliyevanın müalicə olunduğu tibb müəssisələrində peşəkar həkim münasibəti, eləcə də göstərilən tibbi xidmətlə bağlı qələmə aldığı səmimi təəsüratlarını oxucuları ilə paylaşır.

 

Məqsədim bülliten deyildi, alın yazım aparmışdı məni. Birdən uşaqlar ağ xalatlı görəndə qorxurlar. Bir növ elə hiss keçirdim.Təxminən 10-15 gün çox narahat, problemli olan səhhətim lap pisləşdi. Bu halım sadə adamların şəfa mənbəyi, ilk dəfə gördüyüm həkim Nigar xanım Şixzadənin diqqətini cəlb elədi. Dərhal təzyiqimi ölçdü və məni çoxdan tanıdığım və ehtiram bəslədiyim ürək həkimi Aida xanım Qarayevanın otağına apardı. Nigar həkim mənə demədiyini "öz dillərində" Aida həkimə anlatdı. O da tibb bacısına təcili ürəyimin kardioqramını çəkməyi tapşırdı.

 

Haşiyə çıxıb ürək həkimi Aida xanımın necə bir peşəkar həkim, qayğıkeş, gülərüz xoşrəftar insan olduğuna bir neçə dəfə qəbuluna gəldiyimdə şahid olmuşdum. Hələ digər ürək həkimi Fəridə xanım Xudaverdiyev... Təxminən 25 il əvvəl qəbuluna getməli olmuşdum. İlk sözünü həmişə xatırlayıram. Amma çox təəssüf, dediyinə əməl edə bilmirəm... Demişdi ki, Sizin qanınız çox aşağıdır, müalicə olunmasaz, ürəyinizə daim mənfi təsiri olacaq. Sonra da xeyli dərman-iynə yazmışdı... 44 saylı şəhər polikinikasında əvvəl 3-cü qrup, sonra 2-ci qrup əlil kimi qeydiyyatdan keçdikdə baş həkim rəhmətlik Leyla xanımla, müavini Şahmar həkimlə qarşılaşmışdım. Hər ikisinin qayğısı, diqqəti məni sağaltmışmışdı... Axı mən "dərman-iynə" adamı deyildim. "Bir sözlə, sağalıb, Fərhad kimi külüng vuran" dövrümdən sonra bu gözəl insan həkimləri əvəz edən Lalə xanım Naci və Məmməd həkim həssaslıqları, mənə əllərindən gələn köməkləri ilə çox hörmət etdiyim həkimlər oldular.

 

Bu sırada sahə həkimimiz Gülabə xanımın adını da mütləq çəkməliyəm. Xüsusən COVID-19 vaxtı mən və bacım onun diqqətini yaxından hiss etdik. Beləcə, mən 27 il eyni ərazidə yaşayan vətəndaş kimi 44 saylı polikinikada ən savadlı həkimlərdən Aida Qarayevanın qəbulundan bu dəfə də razılıqla ayrılıb mənə göndəriş verdikləri Nizami Tibb Mərkəzinə yollandım.

 

İlk baxışda bu Tibb Mərkəzinin yeri səs-küylü yer olduğu üçün narahat oldum. İçəri keçdik. Çoxlu sayda xəstələr... Bir az da həyəcanlandım. Sonra məni ranimasiya şöbəsinə yerləşdirmək istədilər, ürəkdən şikayətlə gəlmişəm, əvvəl Kardiologiya şöbəsi olsun, - dedim. Həmin şöbənin müdiri Rəfail Kərimov diaqnozu dəqiq tibbi faktlarla izah edib, məni qəbul etdi. Nə yaxşı həmin şöbəyə yerləşdim. Həkim, iynə-dərman, xəstəxana-müalicə "dostu" olmadığım üçün keçmişdəki tibbi xidmətə az-çox bələd idimsə, müasir illərimizdəki inkişafdan tamam xəbərsiz idim. Məsələn, şöbə müdiri Rəfail həkim  gün ərzində 3-4 dəfə palataya gəlib səhhətimlə maraqlarırdı. Mənim tək ürəyim deyildi. Qan azlığı, yüksək şəkər, aşağı təzyiq... Rəfail həkim məni demək olar ki, xeyli ağır vəziyyətdən çıxatmaq üçün kompleks müalicə proqramı qurmuşdu. Sağalmağım üçün lazım olan iynə-dərmanların hamısını yazır, qəbuluna nəzarət edir, hətta mənim müalicəmi lazımınca almağım məqsədi ilə elmi işlərə məşğul olmağıma qəti icazə vermirdi. 40 ilkik həkim təcrübəsi olan Rəfail həkim baxmayaraq ki, tibb bacıları gündə 4-5 dəfə təzyiqimi yoxlayırlar, gündəlik şəkildə xəstələrinin təzyiqini ölçür, lazımı analizlərin verilməsini məsləhət görürdü. Onun mənə bir lazımı tövsiyyəsi də şəkəri hər gün yoxlamamaqla bağlı oldu. Ümumiyyətlə, savadlı, peşəkar bu azərbaycanlı həkimimiz bəlkə xarici ölkələrin birində çalışsaydı indi uzman, professor, doktor rütbələri qazanardı. Nizami Tibb Mərkəzində müalicə aldığım müddətdə şöbə müdiri Rəfail Kərimovun idarəçilik xüsusiyyətlərini də təbii, müşahidə etmiş oldum. Ciddi, tələbkar şöbə müdiri xəstələrlə yüksək səviyyədə mehriban davranan, qayğılarına qalan nümunəvi kollektiv yaratmışdı. Həmçinin bir gündə gecəyə qədər müxtəlif həkimlər, məsələn, Gülnarə Abbasova, Aysel Məmmədova, Səbinə İsmayılova və başqaları mənə və ümumiyyətlə bütün xəstələrə baş çəkirdilər, lazımı köməyi edirdilər. Onların savadı, peşəkarlığı məndə qürur hissi oyadırdı. Tibb bacıları doğurdan bacı kimi ürəklə xidmət edirdilər. Hər gün sistem və digər iynələri damarlarıma vuran tibb bacıları, xüsusən Ruhiyyə Nəzərova, Rəqsanə Əmənullayeva, Fəridə Rzayeva, Qətibə Nuriyeva, Ulduz Yəhyayeva məndə pozitiv enerjiləri ilə çox xoş təəssurat oyadırdılar. Yeri gəlmişkən, Nizami Tibb Mərkəzində uzun illərin tibb personalı gənc işçilərə öz ustalıqlarını, təcrübədə öyrədirlər. O kollektivdəki səmimiyyət mənə müalicəvi təsir bağışladı.

 

Bundan başqa, mən tibb mərkəzinin təsərrüfat məsələləri üzrə tibb personalı Rəisə Qurbanovadan, o cümlədən xəstə baxıcılarının xidmətindən çox razı qaldım. Surə Ələkbərova, Xumarə Nəzərova, Aynurə İsmayılova və başqaları demək olar ki, məni tək qoymur, ürəklə xidmət edirdilər.

 

Nizami Tibb mərkəzinin texniki imkanları haqqında təəssüratlarım

 

Bu tibb mərkəzi 6 ay əvvəl istifadəyə verilib. Səliqə-səhman, bir gündə palataların 5-6 dəfə təmizlənməsi, yeməkxananın təmiz olması, habelə yeməklərin keyfiyyətli və bol olması razılıq hissi yaradır. Bir sözlə, mən Nizami Tibb Mərkəzindəki müalicədən də, xidmətdən də çox məmnun qaldım. Xəstəxanaya gəldiyim ilk dəqiqələrdə qəbul üçün görüşdüyüm Əhməd həkim və tam olmasa da xeyli sağalıb gedərkən sənədlərin təsdiqi ilə əlaqədar qəbulunda olduğum mərkəzin baş tibb bacısı Gülnaz xanımdan da çox razı qaldım. Beləliklə, bildirmək istəyirəm ki, nə yaxşı Nizami Tibb Mərkəzi, onun başda Rəfail Kərimov olmaqla peşəkar həkim kolkektivi, tibb personalı var.

 

Heç kim xəstələnməsin! Amma ehtiyac olduqda tərəddüdsuz olaraq Nizami Tibb Mərkəzini seçsəniz, ümid edirəm ki, narazı qalmazsınız.

 

Sonda 44 saylı Şəhər Poliklinikasının baş həkimi Lalə Naciyə, müavini Rövşən Abbasova, həkimlər Nigar Şıxızadəyə, Aida Qarayevaya və Nizami Tibb Mərkəzinin yuxarıda adlarını çəkdiyim həkim və tibb və xidməti personalına dərin minnətdarlığımı bildirirəm.

 

Nə yaxşı varsınız!

Əziz həkimlərimiz ömrünüz uzun olsun!

Həmişə sağaltdığınız xəstələr kimi sağlam olun!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Qastrit və xora zamanı necə qidalanmalı?
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub