Mərkəzi Gömrük Hospitalında icra olunan əməliyyat müalicə üsulu kimi beynəlxalq protokola daxil edilib
26.06.2023 10:00

2019-cu ildə ailəvi hiperlipidemiya diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına müraciət etmiş 5 yaşlı pasiyentin müayinəsi nəticəsində ürəyin tac damarlarında həyati təhlükə yaradan 95% darlıq aşkarlanmışdır. Lakin bu xəstəliyin səbəbi qaraciyərdə lipid mübadiləsi pozğunluğu olduğundan müalicə qaraciyər transplantasiyası idi. Konsiliumun nəticəsinə görə pasiyentə eyni seansda ürək damarlarının dəyişdirilməsi (conorary by-pass) və qaraciyər transpantasiyası əməliyyatına qərar verildi.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, 13 noyabr 2019-cu il tarixində tanınmış ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və komandası tərəfindən süni qan dövranı cihazına girilmədən ürəyin tac damarının dəyişdirilməsi (coronary by-pass) müvəffəqiyyətlə icra olunub. Ardından ümumi-cərrah, cərrah-transplantoloq, t.f.d. Mircəlal Kazımi və komandası tərəfindən əmisinin donorluğu ilə 5 yaşlı pasiyentə qaraciyər transplantasiyası icra edilib.

 

Bu əməliyyat yazılı dünya tibb ədəbiyyatında ilk icra olunan əməliyyat kimi “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc olunub. 

 

Uğurumuzun davamı ondan ibarətdir ki, ən nüfuzlu jurnallardan biri olan “Nature” jurnalında 2023-cü ildə yayımlanan “Concurrent Living Donor Liver Transplantation and Off-Pump Coronary Artery Bypass in a Five-Year-Old Child With Homozygous Familial Hypercholesterolemia” xəstəliyinin müalicə protokolunda eyni seansda 5 yaşlı uşaq üzərində icra olunan coronary by-pass və canlıdan canlıya qaraciyər transplantasiyası bu xəstəliyin müalicə üsulu kimi təklif edilərək protokola daxil edilib və istinad olunub.

 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev