TƏBİB yoluxucu xəstəliklərin qarşısının alınması üzrə beynəlxalq təlimdə təmsil olunur  
25.06.2023 12:40
TƏBİB əməkdaşları və 10 tabeli tibb müəssisəsinin 13 həkim-mütəxəssisi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Yeungnam Universitetində təşkil olunan “Yoluxucu xəstəliklərin qarşısının alınması təlimi”ndə iştirak edirlər.
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, 21 iyun - 4 iyul tarixlərini əhatə edən təlim Koreya Respublikasının Daegu şəhərində keçirilir.
 
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin əməkdaşı Fərhad Sinqatulov, Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Uğur Cəfərzadə və tabeli tibb müəssisələrinin əməkdaşları yoluxucu xəstəliklərin qarşısının alınması və idarəedilməsi ilə bağlı aktiv müzakirələrə qatılıblar.
 
Təlimin məqsədi Koreyanın yoluxucu xəstəliklərlə mübarizədə əldə etdiyi nailiyyətləri və təcrübəni bölüşmək, həmçinin yeni metodların tətbiqinə dair ümumi təlimat verməkdir.
 
Qeyd edək ki, təlimdə Azərbaycanda COVID-19 ilə mübarizədə görülən tədbirlər və hazırda infeksion nəzarətin təşkili üzrə aparılan işlər barədə ölkə hesabatı da təqdim olunub və hesabat yüksək qiymətləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır