Tədqiqat: Nəcis həbləri sirroz xəstələrinə ümid verə bilər
27.06.2023 12:18

Bağırsaq sağlamlığını yaxşılaşdırmaq və ciddi infeksiyaların qarşısını almaq üçün nəzərdə tutulmuş nəcislə doldurulmuş həb, qaraciyər xəstəliklərinə qarşı sınaq müddətində İngiltərədəki 16 mərkəzdə 300 nəfərə verilməyə başlanıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Vyanada keçirilən konfransda 32 nəfərin iştirak etdiyi araşdırmanın nəticələrini açıqlayan tədqiqatçılar, sirrozu inkişaf etmiş xəstələrin burunlarından keçən boru vasitəsilə mədələrinə "nəcis nəqli" edildiyini açıqlayıblar. Üç aydan sonra bağırsaqda faydalı bakteriyaların səviyyəsi artıb və bağırsaq maneəsi güclənib.

 

Tədqiqatçılar, həmçinin bildiriblər ki, könüllülərin qanlarında daha az ölümcül toksin ammonyak var. London Kral Kollecindəki eyni komanda sağlam könüllülərdən dondurulmuş qurudulmuş nəcisdən ibarət tablet hazırlayıb.

 

Elm adamları iki il ərzində hər üç ayda bir tablet qəbulunun xəstəxanaya yerləşdirmə sayını azalda biləcəyini öyrənmək üçün yeni beş illik araşdırmaya başlayırlar.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev