Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli Qurultayı başa çatır
25.06.2023 11:00

Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli Qurultayı bu gün öz işinə yekun vurur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, deputatlar, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak edirlər.

 

Qurultayın proqramı pediatriyanin müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarətdir.

 

Tədbir çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçib.

 

Panellərdə qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi elmi işlərini təqdim ediblər.

 

Tədbirin əsas məqsədi tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artirılmasına töhfə verməkdir.

 

Qeyd edək ki, qurultay iyunun 22-də öz işinə başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır