Mərkəzi Gömrük Hospitalında kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi aparılır
26.06.2023 08:56

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və efferent terapiya şöbəsində yüksəkixtisaslı mütəxəssislər tərəfindən kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi aparılır.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, şöbədə nefrologiya və efferent terapiya xidmətinə ehtiyacı olan pasiyentlər üçün təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionar xidmətləri həyata keçirilir.

 

Qeyd olunub ki, poliklinika xidmətləri sırasında bütün növ ambulator xəstələrin müayinə və müalicəsi, o cümlədən Renal transplant olunmuş xəstələrə nəzarət aparılır. Stasionar xidmətlərinə nefrologiyaya aid olan bütün növ stasionar xidmətlər, hemodializ və periton dializli xəstələrdə yaranan ağırlaşmaların aradan qaldılırlması, böyrək biopsiyası, Glomerul xəstəliklərdə immunosupresion verilməsi və digər xidmətlər  həyata keçirilir.

 

Bundan başqa, hemodializ xidmətlərinə kəskin böyrək zədələnmələri və xroniki böyrək çatışmazlığı son mərhələsi zamanı, göstərişə uyğun olaraq, hemodializ seanslarının həyata keçirilməsi, qısa və uzunmüddətli hemodializ kataterlərinin qoyulması, uzunmüddətli hemodializ kateterlərinin yaratdığı stenozun aradan qaldılırlması, hemodializ xəstələrində digər ağırlaşmaların aradan qaldırılması daxildir.

 

Reanimasiya və intensiv terapiyaya aralıqılı hemodializ, sutkalıq hemodializ, periton dializi, hemosorbsiya, hemodiafiltrasiya, plazmafarez, eyni zamanda, kəskin böyrək zədələnməsi olan xəstələrin müalicəsi aiddir.

 

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin fəaliyyəti ilə bağlı tanıtım çarxını Sizə təqdim edirik.  https://youtu.be/KZfOvgwONEo 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib