London Brompton Hospitalının professoru ATU-nun qonağı olub  
24.06.2023 17:00
London Brompton Hospitalının əməkdaşı, kardioloq, professor Cemil İzgi Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
 
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
 
Bildirilibki, görüşdə professor Gəray Gəraybəyli Azərbaycanda səhiyyə və tibb təhsili sahəsinə dövlət səviyyəsində nümayiş etdirilən qayğıdan söz açıb. O, son illər ölkəmizdə müasir xəstəxanaların inşa edildiyini, tibb müəssisələrində əhaliyə yüksək keyfiyyətli xidmətlər göstərildiyini diqqətə çatdırıb. Tibb təhsili alan gənclərin xarici ölkələrin klinikalarında mütəxəssislərin yanında təcrübə keçməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan rektor bu məsələdə professor Cemil İzginin çalışdığı London Brompton Hospitalının imkanlarından yararlanmağın faydalı olacağını qeyd edib.
 
Professor C.İzgi isə öz növbəsində fəaliyyət göstərdiyi xəstəxana haqqında məlumat verib. O, “Azərbaycan CMR” - Ürək MR kurslarında məruzəçi qismində iştirak etdiyini, azərbaycanlı həkim və rezidentlər qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib. 
 
Qeyd edək ki, ATU-nun müəllimi, Mərkəzi Klinikanın həkim-kardioloqu, professor Firdovsi İbrahimovun təşəbbüsü ilə təşkil olunan kurslara 60 kardioloq, 20 rezident qatılıb. 
 
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin də iştirak etdiyi görüşdə azərbaycanlı kardioloqların, o cümlədən ATU-nun tələbə və rezidentlərinin London Brompton Hospitalında müştərək elmi araşdırmalar aparması məsələsi müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır