Din xadimləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində iştirak edəcəklər  
23.06.2023 14:32

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və müvafiq yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə dini icma üzvləri və din xadimləri üçün icbari tibbi sığorta barədə maarifləndirmə tədbirləri keçirilib.

 

Aztibb.az-a bu barədə Agentlikdən məlumat verilib.

 

Bildirilib ki, məqsəd din xadimləri vasitəsi ilə daha geniş əhali kütləsini səhiyyə sistemindəki yeni islahat olan icbari tibbi sığortanın tətbiqi, sığortaolunanların tibbi xidmətlərdən istifadə hüququ barədə məlumatlandırmağa nail olmaqdır.


Tədbir iştirakçıları Sabunçu, Xəzər, Pirallahı, Nəsimi, Binəqədi, Qaradağ, Səbail, Yasamal və Nərimanov rayonlarından olan din xadimləri – axund, imam və dini icmaların üzvləri olublar.

 

Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Amal Məlikov və Nuru İmanov çıxış edərək icbari tibbi sığorta sisteminin əhali üçün faydalarından danışıblar. Dini icma üzvlərini sistemin üstünlüyü barədə məlumatlı olmağa və əhalinin bu sahədə maarifləndirilməsində yaxından iştirak etməyə çağırıblar.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər haqqında ətraflı məlumat verilib.

 

Bununla yanaşı, iştirakçılarla icbari tibbi sığorta sistemi barədə fikir mübadiləsi aparılıb və əhalinin maarifləndirilməsi yolları barədə qarşılıqlı müzakirələr aparılıb. Görüşlər zamanı əhalinin məlumatlılığının artırılması məqsədilə icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsullarının məscidlərdə yerləşdirilməsi məsələsinə də toxunulub. Təlimlər sual-cavab sessiyası ilə yekunlaşıb.

 

Görüşlər zamanı təlim iştirakçılarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müraciətləri dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.

 

Qeyd edək ki, növbəti təlimlər Suraxanı, Xətai və Nizami rayonlarında keçiriləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev