Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir      
23.06.2023 13:47

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi (SCOT) arasında, Səudiyyə-Azərbaycan komitəsinin altıncı yığıncağında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında saziş çərçivəsində, ZOOM platformasında məsul şəxslərinin ikitərəfli onlayn konfransı keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, Fiziologiya İnstitutunun baş direktoru, tibb elmləri doktoru, professor Ulduz Həşimova transplantologiyanın əsas problemlərinin, xüsusən də immun tolerantlığın həllində elmi yanaşmanın tətbiqinin zəruriliyindən danışaraq, prioritet istiqamətlər üzrə gələcək əməkdaşlığın əsas strategiyaları barədə iştirakçıları məlumatlandırıb. İmmunofiziologiya və eksperimental fiziologiya laboratoriyasının müdiri, t.e.d. Rəşad Şolan eksperimental transplantologiya sahəsində gördüyü işlərlə bağlı təqdimatla çıxış edib.

 

İclasda Fiziologiya İnstitutunun baş elmi işçisi, t.ü.f.d. Aliya Qaysina transplantantın imtinasının qarşısını almaq üçün proqnozlaşdırıcı modellərin işlənib hazırlanmasının vacibliyini qeyd edib, həmçinin transplantologiya problemlərinin həlli üçün zəruri olan elmi üsullardan danışıb.

 

Səudiyyə Ərəbistanı Orqan Transplantologiya Mərkəzinin klinik xidmətlər üzrə icraçı direktoru, tibb elmləri doktoru, nefroloq Beşer Əl-Attar rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Orqan Transplantologiya Mərkəzinin işi barədə dinləyicilərə məlumat verib və eksperimental modellərdə innovativ üsullarla immunotolerantlıq üzrə birgə tədqiqatların aparılmasının marağında olduğunu bildirib. Konfransın yekun nəticəsi kimi transplantologiya sahəsində birgə tədqiqatların aparılması üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır