Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanışı olub
23.06.2023 08:46

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) bağlanış mərasimi keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, tədbiri giriş sözü ilə açan qurumun İcraçı direktoru Vüqar Qurbanov simpoziumun yüksək səviyyədə keçməsindən məmnunluğunu dilə gətirib:

 

Bildirib ki, 14 ölkə, xaricdə yaşayan 120 azərbaycanlı təbib, 6 gün, 5 şəhər, 64 məruzə, 14 yerli və beynəlxalq tibbi cəmiyyətlə memorandum, 1 500-dən çox iştirakçı və akkreditasiya olunmuş 28 DTT krediti ilə Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu çox yüksək nəticələrlə öz işini yekunlaşdırır.

 

Vüqar Qurbanov xaricdə yaşayan azərbaycanlı həkimləri vətəndə fəaliyyət göstərməyə çağırıb:

 

“Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan səhiyyə sahəsində davamlı islahatlar həyata keçirilir. Qarşıya qoyulan hədəflər isə çoxdur. Bu istiqamətdə görüləcək işlərdə Azərbaycanda çalışan həkimlərimiz sırasında sizi də görməkdən məmnun olarıq. Dünyanın müxtəlif ölkələrində Azərbaycan səhiyyəsinə öz töhfələrinizi verməyə çalışırsınız, əminəm ki, vətəndən kənarda ölkəmizi layiqli şəkildə təmsil edirsiniz”.

 

Tədbirdə elmi panellərdə moderator, ekspert və məruzəçi qismində iştirak edən Azərbaycanda və xarici ölkələrdə çalışan həkimlərə sertifikatlar təqdim olunub.

 

Bağlanış mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə tanınmış tarzən, əməkdar artist Şəhriyar İmanov musiqili proqramla çıxış edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır