DATS simpoziumunun işgüzar proqramının 1 500-ə yaxın iştirakçısı olub
22.06.2023 14:11
TƏBİB-in təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) 20-21 iyun tarixlərində baş tutan işgüzar proqramının ümumilikdə 1 500-ə yaxın iştirakçısı olub.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, proqramın 21 iyun tarixində keçirilən panellərindən biri “Qadın sağlamlığı: problemlər və perspektivlər” mövzusunda olub. Müzakirə tibb elmləri üzrə fəlsəfə doktoru, mama-ginekoloq İlham Qafarovun moderatorluğu, tibb elmləri doktoru, professor, mama-ginekoloq İslam Mahalovun iştirakı ilə baş tutub. Sessiyada xaricdən gələn azərbaycanlı təbiblərdən Türkiyədə fəaliyyət göstərən Məlahət Atasevər ‘’Qadınlarda servikal xərçəngönü xəstəliklər: HPV skrininq və servikal sitologiyada HPV DNT testinin üstünlükləri. HPV vaksinin əhəmiyyəti’’, ABŞ-də (Amerika Birləşmiş Ştatları) çalışan Rövnət Babazadə ‘’Ağrısız fizioloji doğuş və anesteziyada yeniliklər’, Almaniyada fəaliyyət göstərən Elvin Piriyev ‘’Fibromaların transservikal radiofrekans ablasiyası’’, İngiltərədə çalışan Fidan İsrafil-bəyli ‘’Qadınlarda hormonəvəzedici terapiyada müasir tendensiyalar’’ və Elnur Əliyev ‘’Sonsuzluğun müalicəsində innovativ üsul: PLC zeta rekombinat zülal və mRNT’’ mövzularında hazırladıqları təqdimatları nümayiş etdiriblər.
Daha sonra ‘’Müasir neonatologiya və pediatriya’’ mövzusunda iki ardıcıl panel baş tutub. Tibb elmləri doktoru, dosent, uzman uşaq cərrahı Allahverdi Musayevin moderatorluğu ilə baş tutan birinci sessiyada ekspert qismində uzman oftalmoloq Elşən İbrahimov, uzman pediatr Azər Əhmədov və uzman uşaq endokrinoloqu İlkin Məcidov iştirak edib. Sözügedən panel sessiyasında ABŞ-dən gələn təbiblər Pərviz Hacıyev ‘’Uşaqlarda anadangəlmə urogenital anomaliyalara müasir yanaşmalar’’, Lana Yusufova ‘’Uşaqlarda göz xəstəliklərinin idarəedilməsində yeni yanaşmalar, gen terapiyası’’ və İngiltərədən gələn təbib İlhamə Cəfərli ‘’Androgenə həssaslıq sindromunun X-genlərlə əlaqəsi və xəstələrdə rekonstruktiv cərrahi çətinliklər’’ mövzusunda təqdimatlar nümayiş etdiriblər.
Eyni mövzunun ikinci sessiyasına tibb üzrə fəlsəfə doktoru, uzman pediatr Erkin Rəhimov moderatorluq edib. Neonatoloq Rüstəm Hüseynov, tibb elmləri üzrə fəlsəfə doktoru, uzman pediatr, neonatoloq Əkbər Quliyev və tibb elmləri üzrə fəlsəfə doktoru, uzman pediatr Əli Quliyevin iştirakı ilə baş tutan paneldə Səudiyyə Ərəbistanından gələn təbib Röya Hüseynova ‘’Erkən neonatal sepsisin proqnozlaşdırılmasında sepsis kalkulyatorunun tətbiqinin potensial əhəmiyyəti’’, ABŞ-dən gələn təbib Azadə İbrahimova ‘’Göbək ciyəsi qanın müasir müalicədə rolu’’ və Türkiyədən gələn təbib Razin Əmirov ‘’İmmun sistemin anadangəlmə xəstəlikləri: diaqnostika və müalicəsində yeniliklər’’ mövzularında təqdimatla çıxış ediblər.
Son sessiya olan ‘’Tibbi xidmətin təşkilində yeni yanaşmalar’’ panelinə tibb üzrə fəlsəfə doktoru, anestezioloq-reanimatoloq Musa Abbasov moderatorluq edib. Ekspert qismində anestezioloq-reanimatoloq Cavid Paşayev, nefroloq Mirələm Calalov və uzman ümumi cərrah Azər İsmayılov iştirak edib. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən təbib Sabrin Əzim ‘’Xəstələrə qayğı prossesində ‘’ChatGPT’’ potensialından istifadə imkanları’’, Türkiyədə çalışan təbib Tural Xaspolad ‘’Tibb müəssisələrinin idarəedilməsində innovativ yanaşma’’ və Almaniyada fəaliyyət göstərən təbib Zemfira Babayeva ‘’Fövqəladə hallarda xroniki xəstəliklərin idarə olunması, ilk 48 saat ərzində tibbi yardım’’ mövzusunda təqdimatlar nümayiş etdiriblər.
Sonda hər panel üzrə natiqlər auditoriyadan gələn sualları cavablandırıblar.
Bu bölməyə aid digər xəbərlər
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

