Mərkəzi Gömrük Hospitalında işemik insultun müalicəsi uğurla həyata keçirilir
22.06.2023 12:38

Mərkəzi Gömrük Hospitalında beyin, onurğa və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin diaqnostikası və müalicəsi peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Hospitalın ambulator və stasionar şəraitində mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərinin müayinəsi, müalicəsi və reabilitasiyası, sinir sisteminin iltihablı xəstəliklərinin müalicəsi, osteoxondroz və onun ağırlaşmaları, kəskin və xroniki ağrılarla daxil olan xəstələrin müalicəsi, əməliyyat sonrası bərpaedici müalicə icra olunur.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, işemik insult – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. Bir sutkadan çox davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

 

Beyin hüceyrələrinin ona lazım olan oksigen və qida maddələrini ala bilməməsi səbəbindən ölümüdür. Bu tip insulta beyin infarktı da deyilir.

 

İşemik insult –ürək-damar sisteminin müxtəlif xəstəlikləri zamanı proqressivləşən ümumi və ya yerli damar zədələnmələri çərçivəsində inkişaf edən epizoddur. Bir qayda olaraq, işemik insult arterial hipertoniya, ateroskleroz, revmatik ürək qüsuru, ürəyin işemik xəstəliyi, şəkərli diabet və damarları zədələyən digər patologiyaları müşayiət edir. İşemik insultun klinikası damar pozğunluqlarının lokalizasiyasından asılı olan ümumi beyin və ocaqlı simptomlardan ibarətdir. İşemik insultun ən mühüm instrumental diaqnostika vasitəsi, eləcə də onu hemorragik insultdan fərqləndirmə üsulları beynin KT və MRT-dir.

 

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir