"Kəskin respirator virus infeksiyaları ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir" - Şəhla Verdiyeva
23.06.2023 09:00
Kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70%-i uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnməsinin səbəbi, onların uşaq kollektivlərinə - məktəb və bağçalara getməsi ilə əlaqədardır.
 
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Şəhla Verdiyeva məlumat verilib.
 
Pediatr bildirib ki, bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərlə tez-tez xəstələnmədir.
 
"Əziz valideynlər, övladlarınız virusa yoluxarsa, xəstəliyin kəskinləşməməsi üçün həkimə müraciət edilməli və virusun qarşısı vaxtında alınmalıdır", - Şəhla Verdiyeva qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib