TƏBİB əməkdaşlıq əlaqələrini genişləndirir
21.06.2023 19:55

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu (DATS) çərçivəsində yerli və beynəlxalq tibbi cəmiyyətlərin rəhbərləri ilə görüşüb.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, görüşdə Vüqar Qurbanov tibbi cəmiyyətlərlə qarşılıqlı əməkdaşlığın Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verəcəyinə və gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini bildirib.

 

Tibbi cəmiyyətlərin sədrləri təşəbbüs üçün təşəkkür edərək, birgə uğurlu işlərə imza atmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Daha sonra TƏBİB-lə yerli və beynəlxalq tibbi cəmiyyətlərin arasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.

 

Memorandumlar TƏBİB-lə Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Azərbaycan Əczaçılar Assosiasiyası, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti, Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan Ürək və Damar Cərrahiyəsi Cəmiyyəti, Azərbaycan-Amerika Əczaçılar Assosiasiyası, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyi, Azərbaycanlı Həkimlər Dərnəyi, Kanadanın "Delta health" qrupu, Avropa Asiya Ginekologiya və Mamalıq Cəmiyyəti, İngiltərədəki Azərbaycan Alzheymer Assosiasiyası arasında imzalanıb.

 

Memorandumlar tərəflər arasında qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev