Nur-Sultanda karantin tədbirləri sabahdan gücləndiriləcək  
14.10.2020 10:03

Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin tədbirləri gücləndiriləcək.

 

Şəhər akimatılığının (qubernatorluğu) qərarı ilə COVID-19 yoluxma riskinin və xəstələrin sayının artması ilə əlaqədar olaraq, bir sıra əlavə məhdudiyyətlər qəbul edilib.

 

Paytaxtda karantin tədbirləri oktyabrın 14-dən etibarən qüvvəyə minəcək. İctimai nəqliyyatın fəaliyyəti bazar günü dayandırılacaq və avtobuslar dezinfeksiya olunacaq. İaşə müəssisələri, restoran və kafelər, həmçinin iri supermarketlər qısaldılmış rejimlə fəaliyyət göstərəcəklər.

 

Bundan başqa, ölkənin Çimkent şəhərində və Atrau vilayətində karantin müddəti uzadılıb. İstirahət və bayram günlərində ticarət mərkəzləri və digər ticarət müəssisələri, qapalı bazarlar - qeyri-ərzaq və ərzaq bazarları fəaliyyətini dayandıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub