Mərkəzi Gömrük Hospitalının uroloqu Qəbələdə keçirilən simpoziumda təqdimatla çıxış edib  
21.06.2023 16:11
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən Azərbaycan Uro-Androloqların XX Simpoziumunda məruzəçi qismində iştirak edib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, Samir Ağalarov tədbirin “Çətin daş xəstələrinin müzakirəsi” panelində “Mikroskopik TESE əməliyyatının aparılma texnikası” mövzusunda təqdimatla çıxış edib.
 
Qeyd edək ki, simpoziumda prostatın xoş hiperplaziyasının konservativ müalicəsinin qarşılaşdırılması, çətin uşaq uroloji xəstəlikləri, mərcanvari nefrolitiazın cərrahi müalicəsi, patozoospermiyalar və embrionların implantasiya önü genetik diaqnostikası və digər mövzularda məruzələr edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib