Səhiyyə Nazirliyinin 2 nömrəli Tibb Kollecinin məzunları üçün əmək yarmarkası keçirilir
21.06.2023 14:49

İyunun 21-də Səhiyyə Nazirliyi tərəfindən 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2022/2023-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib ki, “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirə kollecin “Tibb bacısı işi”, “Mamalıq işi”, “Müalicə işi” ixtisasları üzrə 405 məzunu cəlb olunub.


Tədbirin əsas məqsədi gənclərə nəinki tibbi təhsil verilməsi, eyni zamanda onların işlə təmin olunmasıdır. Müxtəlif işəgötürən qurumlar vaxtaşırı kollecə müraciət edib, orta ixtisaslı tibb kadrlarına ehtiyacları olduğunu bildirir və məzunlarla əlaqə saxlamaq istəyirlər. Həmin məzunların işlə təmin olunması məqsədilə kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb və aptek təşkilatlarının nümayəndələri ilə görüşlərini təşkil edib.


Kollec tərəfindən tədbirdən əvvəl məzunlar üçün CV tərtibi və özünü təqdim etmə üzrə təlim keçirilib. Eyni zamanda, tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələri məzunlarla görüşərək vakansiyalar barədə məlumat veriblər və məzunların suallarını cavablandırıblar.


Tibb Kollecinin məzunları üçün təşkil olunan əmək yarmarkası iyunun 22-nə kimi davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır