Mərkəzi Gömrük Hospitalında balaca pasiyentlərə 24 saat ərzində tibbi xidmət göstərilir
21.06.2023 12:26

Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin yüksəkixtisaslı həkimlər tərəfindən balaca pasiyentlərə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilir.

 

Aztibb.az-a Hospitaldan verilən məlumata görə, ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar,  böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.

 

Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, uşaq cərrahı və digər müayinələr də həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir. Bu isə, kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.

 

Eyni zamanda, Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

 

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıda qeyd olunan xidmətlər təklif olunur:

İlkin reanimasion tədbirlər;

İntubasiya;

Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası;

Surfaktantın yeridilməsi;

Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası;

Mübadilə qan köçürülməsi;

Fototerapiya;

Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi;

Neonatal skrininq testləri (fenilketonuriya, Q6-FD və s.);

Endokrin pozğunluğun təyini;

Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.) ;

Rentgenoqrafiya;

Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizləri;

Çox az çəkili yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq;

Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması;

Doğumdan sonra kontrol müayinələr və vaksinasiya.

 

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıdakı xəstəliklər müalicə edilir:

Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.) ;

Sepsis;

Yenidoğulmuşun hemorragik pozğunluqları;

Yenidoğulmuşun hemolitik xəstəliyi;

Yenidoğulmuşun anemiyası;

Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar;

Ağ ciyər xəstəlikləri;

Ürək – damar sisteminin xəstəlikləri;

Mədə-bağırsaq sisteminin xəstəlikləri;

Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri;

Mərkəzi sinir sistemi xəstəlikləri;

Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev