DATS-ın işgüzar proqramı çərçivəsində panel müzakirələr təşkil edilib
21.06.2023 10:12
TƏBİB-in təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) işgüzar proqramı çərçivəsində panel müzakirələr təşkil edilib.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, “Cərrahiyyədə yeniliklər” adlı panel sessiyası tibb elmləri doktoru, professor Qurbanxan Müslümovun moderatorluğu ilə aparılıb. Tibb elmləri doktoru, ümumi cərrah Elmir Bəşirovun, ümumi cərrah Nazim Həsənovun da yer aldığı panel sessiyasında Almaniyada fəaliyyət göstərən təbib Vüqar Yaqublu “Ağciyər düyünlərinin müayinə və müalicəsində multidisiplinar yanaşma”, Amerika Birləşmiş Ştatlarında çalışan təbib Yusif Hacıyev “Qulaq, burun, boğaz xəstəliklərində müasir yanaşma”, Almaniyada fəaliyyət göstərən təbib Gülşən Əhmədli “Ağır dərəcəli yanıqlarda rekonstruktiv cərrahiyyə” mövzularında təqdimatlarla çıxış ediblər.
Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah, transplantoloq Mircəlal Kazımi “Robotik cərrahiyyənin imkanları” adlı panel sessiyasının moderatorluğunu edib. Tibb elmləri doktoru, transplantoloq Rəşad Şolanovun, uzman ümumi cərrah Eldar Əhmədovun, tibb üzrə fəlsəfə doktoru, uzman neyrocərrah Fərid Qaralovun ekspert kimi çıxış etdiyi panel sessiyasında Almaniyada fəaliyyət göstərən təbib Ramazan Cabbarlı “Robototexnika və naviqasiyanın spinal neyrocərrahiyyədə tətbiqi”, Türkiyədə çalışan təbib Amil Hüseynov “Orqan transplantasiyası, laparoskopik və robotik cərrahiyyənin üstünlükləri”, Almaniyada fəaliyyət göstərən təbib Hikmət İsmayılov “Urologiyada robotik cərrahiyyə” mövzularında təqdimatlarla çıxış ediblər.
“Urogenital xəstəliklərin cərrahi müalicəsində innovasiyalar” adlı panel sessiyanın moderatorluğu tibb üzrə fəlsəfə doktoru, nefroloq Fariz Babayev tərəfindən aparılıb. Uzman uroloqlar Asif Cahangirov və Elbəyi Daşdəmirlinin də iştirak etdiyi müzakirələrdə Türkiyədə çalışan təbiblər Elbəy Bayramlı “Robotik radikal prostatektomiya”, Coşqun Hüseynov isə “Uroloji xəstəliklərin cərrahi müalicəsində müasir yanaşmalar və istifadə olunan cihazlar” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

