Yenidoğulmuşların Canlandırma Proqramı çərçivəsində növbəti təlim təşkil olunub
20.06.2023 16:34
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Yenidoğulmuşların Canlandırma Proqramı (NRP-8) çərçivəsində növbəti təlim təşkil olunub.
 
Klinikadan Aztibb.az-a bildirlib ki, Səhiyyə Nazirliyi, ATU və Liv Bona Dea xəstəxanasının dəstəyi ilə rezidentlər üçün keçirilən kurs təlim şəklində aparılıb.
 
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovun təşəbbüsü ilə təşkil edilən kursun təlimçiləri Sərxan Elbəyiyev, Sevinc Muxtarova və Kamil Şərifov bu cür təlimlərin daha geniş miqyasda keçiriləcəyini bildiriblər.
 
Qeyd edək ki, bütün dünyada yenidoğulmuşların ölümlərinin və əlilliklərinin qarşısının alınması məqsədilə Yenidoğulmuşların Canlandırma Proqramı (NRP) təlim şəklində həyata keçirilir. Bu proqramın 2020-ci ildə yenilənmiş ən son versiyası “NRP-8”  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Liv Bona Dea Hospitalının birgə təşkilatçılığı ilə ilk dəfə Tədris Cərrahiyyə Klinikasında keçirilmişdi.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır